Bu ilin ilk ay tutulması baş verdi
2016-cı ilin ilk ay tutulması baş verib.
AzNews.info xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında bildirib ki, ilk ay tutulması martın 23-də qeydə alınıb.
Onun sözlərinə görə, saat 13:42-də başlayan hadisənin maksimumu 15:48-də olub, 17:54-də isə başa çatıb:
“Bu tutulmalar kölgəvari sayıldığından bunu gözlə müşahidə etmək mümkün olmayıb. Sadəcə diqqətlə baxsaq görərik ki, ayın işığı bir qədər zəifləyir. Bu tutulma Sakit Okeanda, Asiyada, Avstraliyada, Meksikada, Cənubi Amerika və Antarktidada müşahidə olunub”.
X. Mikayılov qeyd edib ki, növbəti ay tutulması isə sentyabrın 16-da qeydə alınacaq:
“Başlanğıcı saat 21:57-də olacaq hadisə 23:55-də maksimumda olacaq, saat 01:54-də isə başa çatacaq. Bu da yarım kölgəvari ay tutulmasıdır. Azərbaycandan da bu tutulmanı qismən müşahidə etmək mümkün olacaq”.
Mənbə:> APA