İlham Əliyev Rüstəm Minnixanovu təbrik etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

İlham Əliyev Rüstəm Minnixanovu təbrik etdi

İlham Əliyev Rüstəm Minnixanovu təbrik etdi


Azərbaycan prezidenti İlham Əliyev Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovu prezident seçilməsi münasibətilə təbrik edib.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, təbrik məktubununda deyilir:

“Sizi Tatarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında sıx dostluq telləri və mehriban münasibətlər bundan sonra da möhkəmlənəcək və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çoxplanlı əməkdaşlığın dinamik inkişafına kömək edəcək.

Sizi və Tatarıstanın bütün müsəlmanlarını həm də birlik, xeyirxahlıq və mərhəmət kimi ali mənəvi dəyərlərin təcəssümü olan müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tatarıstan xalqına sülh və firavanlıq diləyirəm.”

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *