Britaniya parlamenti buraxıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

Britaniya parlamenti buraxıldı

Britaniya parlamenti buraxıldı


Britaniyada parlament buraxılıb.

ANS PRESS-in məlumatına görə, bu, mayın 7-də keçiriləcək Parlament seçkiləri üçün təbliğat müddətinin rəsmən başlaması ilə əlaqədardır.

Təbliğatın startını baş nazir verib. “Downing Street”də danışan Devid Kameron deyib ki, o, ölkəni dəyişmə prosesini başladıb və bunu başa çatdırmaq istəyir. Baş nazir iqtisadiyyatın bərpa olunmasını davam etdirmək və "güclü liderlik" göstərmək üçün seçiciləri onu hakimiyyətdə saxlamağa çağırıb. O, müxalif Leyboristlər partiyasının lideri Ed Milibandın "iqtisadi xaos" yarada biləcəyi barədə xəbərdarlıq edib.

Daha əvvəl Miliband demişdi ki, Devid Kameronun rəhbərlik etdiyi Mühafizəkarlar partiyasının Aİ üzrə siyasəti Britaniya bizneslərini açıq-aşkar təhlükə altında qoyur.

Qeyd edək ki, Kameron çıxışını, Buckingham Sarayında Kraliça II Yelizaveta tərəfindən qəbul olunandan sonra edib. Bu, mayın 7-də keçiriləcək seçkilərə qədər onunla Kraliça arasında sonuncu belə görüş sayılır.

Ekspertlər isə baş tutacaq seçkilərin nəticəsini proqnozlaşdırmaqda çətinlik çəkir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 13 may 2019 14:22
  • Yazan: Lewis
Məqaləni paylaşdığınız üçün təşəkkür edirik. Buranı burada tapmaqdan məmnunam. outlook.com

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *