Estoniyada parlament seçkiləri keçirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Estoniyada parlament seçkiləri keçirilir

Estoniyada parlament seçkiləri keçirilir


Estoniyada parlament seçkiləri keçirilir.

AzNews.info APA-ya istinadən məlumatına görə, yerli vaxtla saat 9.00-da başlayan səsvermə saat 20.00-da başa çatacaq. Seçici aktivliyi ilə bağlı gün ərzində bir neçə dəfə məlumat veriləcək.

İlkin nəticələr axşam saatlarında açıqlanacaq.

Seçkilər 12 çoxmandatlı dairə üzrə 547 seçki məntəqəsində keçiriləcək. Seçki prosesini 15 ölkədən 100-dən çox müşahidəçi izləyəcək.

Estoniya parlamentində 101 yerə 872 nəfər iddialıdır. Seçkilərdə 10 partiya və 11 müstəqil namizəd iştirak edir. Partiyalar parlamentə düşmək üçün 5 faizlik baryeri keçməlidir.

Estoniyada 1,3 milyon nəfər yaşayır, onlardan 84 faizi bu ölkənin vətəndaşıdır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *