Böyük Britaniya Qarabağ məsələsində Azərbaycana kömək etmək istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Qarabağ

Böyük Britaniya Qarabağ məsələsində Azərbaycana kömək etmək istəyir

Böyük Britaniya Qarabağ məsələsində Azərbaycana kömək etmək istəyir


Dağlıq Qarabağda baş verənlər faciədir. Bu faciə çox insanın həyatına təsir edib. Hesab edirəm ki, bu münaqişə tezliklə həll olunmalıdır. Qarabağ böhranı iyirmi ildir ki, bölgənin inkişafını ləngidir.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidintqon bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Devid Lidintqon bildirib ki, Böyük Britaniya münaqişənin həllinin sürətlənməsi üçün kömək etməyə hazırdır:

“Lakin biz danışıqlar prosesinə müdaxilə edə bilmərik. Sadəcə, tövsiyə və təkliflə çıxış etməyimiz mümkündür. Düşünürük ki, tərəflər ortaq detallar barədə danışıb, razılığa gəlməlidir”.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prinsiplər hazırdır, artıq sülh sazişi üzərində işləmək lazımdır.

Nazir, Azərbaycanın öz mövqeyini bildirdiyini xatırladıb:

“Fransa prezidenti də tərəfləri böyük sülh sazişi üzərində işləməyə çağırıb. Biz razıyıq və buna hazırıq. Amma əvvəlcə Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır”.

Nazir həmçinin Kəlbəcvər girovlarının məsələsinə də toxunub:

“Azərbaycan prezidenti həmsədrlərlə Bakı görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlı məsələ qaldırıb”.

Onun sözlərinə görə, rusiyalı həmsədrlə də bu məsələ barədə danışıb:

“O mənə söz verdi ki, Ermənistan qarşısında bu haqda məsələ qaldıracaq. Biz hələ də onlardan cavab gözləyirik. Girovlar qaytarılmalıdır. Minsk qrupu bu məsələdə səylərini əsirgəməməlidir və inanıram ki, həmsədrlər bununla məşğul olurlar”.

D.Əsgərov və Ş.Quliyevin üzərində qurulan qanunsuz məhkəmə ilə bağlı suala isə nazir qısa cavab verib: “Bu məhkəmə qanunsuzdur. Ona görə artıq şərhə ehtiyac yoxdur”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *