Böyük Sülh sazişinə hazırıq
"Ermənistan qoşunları işğal olunmuş Azərbaycan torpaqlarını qeyd şərtsiz tərk etməlidir".
ANS PRESS-in məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi brifinqdə deyib.
Brifinqdə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Deyvid Livinqton iştirak ediblər.
Çıxış edən Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinə toxunub. O, bildirib ki, münaqişənin həllində Azərbaycanın mövqeyi bəllidir:
“Əgər biz sülhə nail olmaq istəyiriksə, əvvəlcə Ermənistan qoşunları işğal olunmuş torpaqları tərk etməlidir. Bu regionun inkişafına da böyük imkanlar açacaq”, - deyə nazir bildirib.
O, həmçinin bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük sülh sazişinə hazırdır: “Ümid edirəm ki, bu məsələ Şimali İrlandiya problemi qədər uzadılmayacaq. Təkliflər dəqiqləşdirilib. Biz artıq böyük sülh sazişinin üzərində işə başlamalıyıq", - deyə o əlavə edib.
Mənbə:> ANSPRESS