Jirinovski KQB-ni dirildir
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) Vladimir Jirinovski keçmiş Dövlət Təhlükəsizlik Komitəsini – KQB-ni bərpa etməyə çağırıb.
ANS PRESS-in məlumatına görə, LDPR lideri Moskvada iqtisadi forumda çıxış edərkən Dövlət Plan Komitəsini də bərpa etməyə çağırıb. “Biz bu barədə 20 ildir ki, danışırıq. Anlamaq lazımdır ki, demokratiya şəraitində bir formasiyadan başqa formasiyaya keçid mümkün deyil. 25 ildir ki, demokratiyadayıq, 25 ildir ki, göstərijilərimiz mənfidir”, - deyə LDPR lideri vurğulayıb.
Rusiyanın idxalından danışan Jirinovski bildirib ki, 2000-ci ildə 7 milyard dollarlıq mal idxal edən Rusiyanın idxalı 43 milyard dollar təşkil edib. "Qərbdə dostlar əldə etmək cəhdləri heç zaman uğur gətirməyib. Biz gərək özümüzü təmin edə bilək”, - deyə LDPR lideri vurğualayıb.
Mənbə:> ANSPRESS