Devid Kemeron sevinir
Referendumun nəticələrinə artıq Böyük Britaniyanın baş naziri Devid Kemerondan reaksiya gəlib.
ANS PRESS-in məlumatına görə, Kemeron referendumda müstəqillikdən imtina edəcəkləri halda, şotlandlara verdiyi bütün üstünlük vədlərini yerinə yetirəcəyini və bu vədlərin bütün Birləşmiş Krallığa aid olacağını bəyan edib.
"Şotlandiya əhalisi öz sözünü dedi və açıq-aydın nəticə göstərdi. Onlar bizim ölkəmizi 4 millətdən ibarət olaraq saxladı və milyonlarla insan kimi mən də buna sevinirəm. Kampaniya zamanı dediyim kimi, Birləşmiş Krallığın parçalandığını görsəydim, ürəyim parçalanardı. Şotlandiya əhalisi öz işlərində daha çox səlahiyyət əldə edəcəyi kimi, İngiltərə, Uels və Şimali İrlandiya əhalisi də öz işlərində daha çox səlahiyyətə malik olacaq. Bu seçicilərin hüquqlarına hörmət edilməlidir" - Böyük Britaniyanın baş naziri Devid Kemeron belə deyib.
Mənbə:> ANSPRESS