ABŞ-dan İrana jest
ABŞ Əhəmənilər dövrünə aid abidəni İrana geri verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Qulam Əli Xoşru deyib.
Onun sözlərinə görə, abidə ona Nyu York Prokurorluğu tərəfindən verilib. Abidənin yaxın zamanlarda İrana aparılacağı vurğulanıb.
Qeyd edək ki, Xoşrunun bəhs etdiyi abidə 1936-cı ildə İranın Persopol şəhərindən oğurlanaraq ABŞ-a gətirilib.
Mənbə:> Virtualaz.org