Obama İrana qarşı saksiyaların müddətini uzatdı

ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, Ağ Ev rəhbəri bildirib ki, İranın nüvə proqramına dair tarixi razılaşmaya baxmayaraq, İran hökumətinin bir sıra sahələrdə apardığı siyasət ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına təhlükə kəsb edir.
“Bu səbəbdən İrana qarşı tətbiq edilən sanksiyaların müddəti daha bir il uzadılmalıdır”, - Obama bəyan edib.
Mənbə: Oxu.Az