ABŞ-dan İrana gözlənilməz jest
ABŞ İran tərəfindən nüvə razılaşması planının pozulması hallarını müşahidə etmir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu bu gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib: “Birgə nizamlama planı ilə bağlı hər hansı pozuntu görmürük”.
Bununla belə, Heyli deyib ki, bu razılaşma yalnız Tehranın nüvə silahı əldə etmək səylərini ləngidir: “Onlar öz nüvə imkanlarını genişləndirməyə davam edirlər”.
Qeyd edək ki, İran və “Altılar” arasında tarixi nüvə razılaşması 14 iyul 2015-cü ildə əldə olunub.
Mənbə:> Oxu.Az