Xameyni nüvə razılaşmalarına sevinən iranlılara əsəbləşdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Xameyni nüvə razılaşmalarına sevinən iranlılara əsəbləşdi

Xameyni nüvə razılaşmalarına sevinən iranlılara əsəbləşdi


İran İslam respublikasının Ali dini lideri Ayətullah Əli Xamneyi Vyanada İranla altılıq ölkələri arasında əldə olunan nüvə razılaşmalarını şərh edib. ANS PRESS-in məlumatına görə, Xamneyi bildirib ki, bu razılaşma səbəbindən İranın xarici siyasətindəheç bir dəyişiklik olmayacaq. Ali dini lider həmçinin, İranın öz prinsiplərindən güzəştə getməyəcəyini vurğulayıb.

“Müzakirələrdə iştirak edən altılıq ölkələrindən bəzilərinə etimad etmək olmaz. Nüvə razılaşmasının qəbul olunması üçün hüquqi bir proses var. Siyasətçilərdən bu mövzunun üzərində dayanmalarını və milli mənfəətlər istiqamətində qərar vermələrini tələb etdim. İranın təhlükəsizlik və inqlab prinsiplərindən geri addım atmasına izn verilməyəcək.”

İran – ABŞ münsibətlərindən danışan Xamneyi Amerika siytasətinə qarşı rəftarlarının dəyişilməyəcəyini deyib:

“İranın Yaxın Şərq siyasəti ABŞ-la təzad təşkil edir. Nüvə razılaşması ilə xarici siyasətimizi müzakirə obyekti etməyəcəyik.”

Razılaşmanı şərh edən Türkiyənin 11-ci prezidenti Abdullah Gül bunu diplomatyanın qazandığı ən böyük qələbə olduğunu demişdi.

Xatırladaq ki, Vyanada İran ilə altılıq ölkələri arasında aparılan danışıqlarda ötən gün razılaşma əldə olunub. Bu razılaşmaya görə, İran daxilində nüvə obyektlərinin təftişi - BMT inspektorlarına hərbi obyektləri təftiş etməyə icazə verilə bilər, amma bu avtomatik olmaya bilər. Həmçinin, İran razılaşır ki, əgər razılaşmanı pozarsa, sanksiyalar 65 gün ərzində bərpa oluna bilər. bundan başqa, BMT-nin silah embarqosu və raket sanksiyaları 5-8 il ərzində qüvvəsində qalacaq.

İran ilə altılıq ölkələri arasında əldə olunan bu razılaşma dünyada birmənalı qarşılanmayıb. Bir çox ölkə İranla "altılıq" arasında əldə olunan razılığı dəstəkləsə də, digərləri tənqid edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *