"Bu, diplomatiyanın ən böyük qələbəsidir" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

"Bu, diplomatiyanın ən böyük qələbəsidir"

"Bu, diplomatiyanın ən böyük qələbəsidir"


“Soyuq müharibənin başa çatmasından sonra bu, diplomatiya sahəsində qazanılmış ən böyük qələbədir”. ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin sabiq prezidenti Abdullah Gül İran və altılıq ölkələri arasında qəbul olunan nüvə razılaşmasını şərh edərkən deyib. Gül, Türkiyənin bu prosesi yaxından izlədiyini və daim dəstəklədiyini bildirib. Xarici işlər naziri və prezident olduğu dövrlərdə bu istiqamətdə səylər göstərdiyini, müzakirələr üçün Tehrana getdiyini, bəzən də bu müzakirələrə Türkiyənin ev sahibliyi etdiyini xatırladan Gül danışıqların uğurla başa çatmasına görə razı qaldığını deyib.

“BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkə, İran və Almaniya başda olmaqla bu mövzu ilə əlaqəsi olan bütün tərəfləri təbrik edirəm. Xüsusilə də daxili və xarici təzyiqlərə baxmayaraq böyük bir cəsarət nümayiş etdirən ABŞ prezidenti Barak Obama ilə Dövlət katibi Con Kerri, həmçinin İran prezidenti Həsən Ruhani ilə xarici işlər naziri Məhəmməd Cavad Zərifin əziyyətini görməməzliyə vurmaq olmaz”.

"Bu, diplomatiyanın ən böyük qələbəsidir"

Türkiyənin 11-ci prezidenti Abdullah Gül

Bu cür böyük razılaşmalarda icra səbəbindən problemlər yarana biləcəyini deyən Gül icra prosesində bütün tərəflərin həssas və konstruktiv olmasının vacib olduğunu qeyd edib:

“Bu razılaşmanı regionumuz baxımından yeni bir başlanğıc kimi görmək lazımdır. Bu diplomatik qələbənin regiondakı digər problemlərin həlli üçün də örnək təşkil edəcəyini və asanlaşdıracağını ümid edirəm.”

"Bu, diplomatiyanın ən böyük qələbəsidir"

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogerini, İran xarici işlər naziri Cavad Zərifi, İranın Atom Enerjisi Təşkilatının prezidenti Əli Əkbər Salehi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İngiltərənin xarici işlər naziri Filip Hammond və ABŞ dövlət katibi Con Kerri

Xatırladaq ki, Vyanada İran ilə altılıq ölkələri arasında aparılan danışıqlarda ötən gün razılaşma əldə olunub. Bu razılaşmaya görə, İran daxilində nüvə obyektlərinin təftişi - BMT inspektorlarına hərbi obyektləri təftiş etməyə icazə verilə bilər, amma bu avtomatik olmaya bilər. Həmçinin, İran razılaşır ki, əgər razılaşmanı pozarsa, sanksiyalar 65 gün ərzində bərpa oluna bilər. bundan başqa, BMT-nin silah embarqosu və raket sanksiyaları 5-8 il ərzində qüvvəsində qalacaq.

İran ilə altılıq ölkələri arasında əldə olunan bu razılaşma dünyada birmənalı qarşılanmayıb. Bir çox ölkə İranla "altılıq" arasında əldə olunan razılığı dəstəkləsə də, digərləri tənqid edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *