İran Yəmənə kömək edəcək
Ərəb ölkələri koalisiyasının Yəməndə keçirdiyi hərbi əməliyyata son qoymasını İran tərəfi də xoş qarşılayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi “tvitter” səhifəsində yazıb.
“Yəməndə müsbət irəliləyişlərin əldə olunması üçün təcili humanitar yardımı edilməsinə və hökumətlə dialoqa gəlinməlidir”, - deyə iranlı nazir bildirib.
Bundan başqa, Cavad Zərif ölkəsinin bu prosesdə Yəmənə kömək etməyə hazır olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, ərəb ölkələri koalisiyasının Yəməndə keçirdiyi hərbi əməliyyata ölkənin prezidenti Abd Rabbo Mənsur Hadinin xahişi əsasında son qoyulub.
Mənbə:> ANSPRESS