İran XİN rəhbəri Bakıya gəlir
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına rəsmi səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər 15-16 fevral tarixində reallaşacaq.
Səfər çərçivəsində Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçiriləcək.
Mənbə:> ANSPRESS