İran XİN-dən Qərbə bəyanat » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

İran XİN-dən Qərbə bəyanat

İran XİN-dən Qərbə bəyanat



Əgər Qərb iyunadək yekunlaşdırılmalı olan nüvə razılaşmasından geri çəkilərsə, İran öz nüvə fəaliyyətinin indiki səviyyəsinə qayıdacaq.

ANS PRESS-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dövlət televiziyasında qatıldığı tok-şouda bəyan edib. İranlı nazirin sözlərinə görə, 30 iyun tarixinədək yekun razılaşma əldə olunanadək, İran və "altılıq" ölkələrinin elan etdiyi çərçivə nüvə razılaşması etibarlı deyil.

"Biz dünyaya sübut edəcəyik ki, öz vədlərimizi yerinə yetirməkdə qərarlıyıq. Başqalarının bizə qarşı bəhanələr axtardığını da dünyaya göstərəcəyik. Amma istənilən vaxt qarşı tərəf bizim milli maraqlarımıza zərər vurarsa, necə davranacağımıza qərar verəcəyik. Razılaşma yekunlaşdırılan kimi, özümüzü bu variantdan çəkindirəcəyik. Əgər iki ay ərzində qarşı tərəf razılaşmanı pozarsa, biz də əvvəlki fəaliyyətimizə qayıdacağıq." - İran XİN rəhbəri belə deyib.

Zərif İrana qarşı sanksiyaların aradan qaldırılmasından da danışıb. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri sanksiyaların "müvəqqəti olaraq aradan qaldırılmasından" danışır, İran isə sanksiyaların müvəqqəti və ya qismən deyil, tamamilə ləğv edilməli olduğunu bəyan edir.

İranlı nazir razılaşmadan sonra ölkəsinin regiondakı vəziyyətindən də danışıb: "Biz regionda hegemonluq iddiasında deyilik. Regiondakı qonşularımızla dost münasibətlərində olmağın tərəfdarıyıq. Regiondakı qonşularımızın sülh və əmin-amanlığı bizim öz sülh və əmin-amanlığımızdır."

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *