"İran öz yəhərli atını üzəngisi qırıq ata dəyişdi" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

"İran öz yəhərli atını üzəngisi qırıq ata dəyişdi"

"İran öz yəhərli atını üzəngisi qırıq ata dəyişdi"


İranda mühafizəkarlar Tehranın dünyanın 6 aparıcı gücü ilə ilkin nüvə razılaşması əldə etməsini kəskin tənqid ediblər.
ANS PRESS-in məlumatına görə, İranın ali rəhbəri ayətullah Əli Xamneyinin müşavirlərindən Hüseyn Şəriətmədari deyib ki, İran bu razılaşma ilə öz yəhərli atını üzəngisi qırıq ata dəyişib.

Bu da qeyd edilməlidir ki, İranla Qərb arasında imzalanmış "çərçivə razılaşmasını" İsrail də tənqid edir.

Baş nazir Benyamin Netanyahu deyib ki, bu razılaşma ilə İsrailin ən pis yuxuları gerçəkləşib.

Lakin prezident Barak Obama İranın nüvə proqramını məhdudlaşdıran razılaşmanı dünyanı daha salamat bir yer edəcək “tarixi anlaşma" kimi salamlayıb.

İntensiv danışıqlar nəticəsində əldə edilmiş çərçivə razılaşması sanksiyaların mərhələli ləğvi müqabilində Tehranın nüvə silahı əldə etməsinin qarşısını almalıdır.

Xəbər verilir ki, İran vətəndaşları bu razılaşmanı İranın küçələrində bayram ediblər, lakin İsrail bildirib ki, saziş onun mövcudiyyətini təhlükə altına alır.

“Bu, İranın potensial nüvə bombasına bütün cığırlarını bağlayan uzunmüddətli razılaşmadır” – deyə ABŞ prezidenti bildirib.
“Əgər İran cığallıq eləsə, dünya bunu biləcək. Saziş etimada, lakin həm də “misilsiz təftiş şərtinə” əsaslanır” – deyə Obama əlavə edib. Prezident vurğulayıb ki, “əgər biz razılaşmanı yekunlaşdıra bilsək, təhlükəsizliyimizə ən böyük hədələrdən birini aradan qaldırmış olacağıq”.

İran prezidenti Həsən Ruhani isə əmin edib ki, onun ölkəsi 6 güclə imzalanmış ilkin razılaşmanın şərtlərinə əməl edəcək, bir şərtlə ki, bu ölkələr də şərtlərə əməl etsinlər.

“Dünya bilməlidir ki, biz cığallıq etmək niyyətində deyilik” – deyə prezident xalqa televiziya ilə müraciətində bildirib.
Lakin Həsən Ruhani xəbərdarlıq edib ki, “bir gün bu ölkələr başqa yol seçsələr, İranın da başqa variantları olacaq”.
Həsən Ruhani bir daha əmin etməyə çalışıb ki, Tehranın nüvə ambisiyaları dinc məqsədlər daşıyır.

İran prezidentinin sözlərinə görə, razılaşma, onun ölkəsinin bütün dünya ilə əməkdaşlıq edə bildiyini nümayiş etdirib.
O bildirib ki, İran “ikiüzlü” deyildir və P5+1 ölkələri – ABŞ, Fransa, Britaniya, Rusiya, Çin, habelə Almaniya da eyni yolu tutsalar, İran da hər hansı “yekun sazişə” hörmət göstərəcək.

Həsən Ruhani bunu da əlavə edib ki, bu razılaşma ilə dünya İranın nüvəni zənginləşdirmək haqqını tanıyıb.

“Bu gün bizi İran xalqının yaddaşına yazan gündür. Bəziləri düşünürlər ki, biz dünya gücləri ilə ya vuruşmalı, ya da onlara təslim olmalıyıq. Bizsə deyirik ki, bizə bunların heç biri lazım deyil, çünki üçüncü bir yol var: Biz dünya ilə əməkdaşlıq edə bilərik”- deyə Həsən Ruhani bildirib.

Öz növbəsində İranın ali rəhbəri ayətullah Əli Xamneyi hələlik cümə axşamı imzalanmış razılaşma barədə fikir söyləməyib.
Əldə olunmuş razılaşmanın “parametrlərinə” görə İran nüvəni zənginləşdirmək üçün sentrifuqlarını bomba istehsal edə biləcək həddən üçdə iki hissəyə qədər ixtisar etməlidir.

Bununla yanaşı, Tehran atom elektrik stansiyanı elə bir şəkildə yenidən qurmalıdır ki, burada nüvə silahı istehsal etmək mümkün olmasın.

İran həmçinin uranı 3, 67 faizdən çox zənginləşdirməməyi öhdəsinə götürüb.

ABŞ dövlət katibi Con Kerri deyib ki, uranı “beşikdən qəbirə kimi” izləməyə imkan verən texnologiyalar mövcuddur.
Qeyd edək ki, NATO razılaşma əldə olunmağına baxmayaraq Avropada raket əleyhinə qurğular sistemi layihəsinə davam edəcək.

Yekun sazişin hazırlanması üçün iyunun 30-dək möhlət müəyyən edilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *