Marafon başa çatdı, tarixi İran razılaşması elan olunur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Marafon başa çatdı, tarixi İran razılaşması elan olunur

Marafon başa çatdı, tarixi İran razılaşması elan olunur

İranla “altılar” qrupu arasında əldə edilən nüvə razılaşması yaxın dəqiqələrdə beynəlxalq ictimaiyyətə təqdim ediləcək.

Sazişi İran xarici işlər naziri Cavad Zərif və Avropa İttifaqının xarici siyasət komissarı Federiko Moqerini təqdim edəcək.

BMT-nin Vyanadakı ofisində danışıqlar iştirakçısı olan nazirlər mətbuat qarşısına çıxıblar və əldə olunmuş nəticə “tarixi hadisə” adlandırılıb. “İranla “altılar” arasında çoxillik danışıqlar marafonu nəhayət yekunlaşdı”- Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirib.

Lavrov deyib ki, İrana dair bəzi birtərəfli sanksiyalar dərhal qüvvədən düşür. BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilmiş sanksiyaların ləğvinə dair qətnamə isə artıq hazırdır və baxılmaq üçün göndərilib. Bu qətnaməyə dair səsvermə yaxın günlərdə olacaq. Lavrovrazılaşmanın Rusiyanın xarici siyasətinə uyğun olduğunu bildirib.

“İranın nüvə proqramlarına dair razılaşma beynəlxalq münasibətlərdə yeni səhifə açır”-bunu Avropa İttifaqının xarici siyasət komissarı Federiko Moqerini bildirib. Jurnalistlər qeyd edirlər ki, nazirlər sazişi paraflamaq üçün bu gün səhər saatlarında sonuncu dəfə danışıqlar masası arxasına keçiblər və danışıqlar başa çatanda onların hamısının sifətində məmnunluq ifadəsi var idi. “Kim daha xoşbəxtdir”-jurnalistlər eyhamla onlardan soruşublar. “Yəqin ki, ən çox jurnalistlər”-Moqerini gülərək onlara diplomatik cavab verib.



Rusiya prezidenti Vladimir Putin də Vyanada əldə edilmiş razılaşmanı alqışlayıb. “Əminəm ki, dünya bu gün rahat nəfəs aldı”-Putin bildirib.

* * * 11:55

Avropalı diplomat da İranın nüvə proqramlarına dair razılaşmanın əldə edildiyini, yaxın vaxtlarda tərəflərin nəticələri elan edəcəyini təsdiq edib.

Məlumatlara görə razılaşma sənədi üzərində danışıqlar iyulun 14-nə keçən gecə başa çatıb. Daha sonra sənədin yekun variantını çapa hazırlamaq üçün ekspertlər işə başlayıb. Gözlənilir ki, saziş İran və “altılar” qrupu ölkələrinin xarici işlər nazirlərinin BMT-nin Vyanadakı mənzil qərargahında Bakı vaxtı ilə saat 12.30-da başlayacaq toplantısında imzalanacaq.

Avropalı diplomatik mənbə bildirib ki, razılaşmaya əsasən Avropa İttifaqı İrana qarşı sanksiyaları sazişin imzalanmasından dərhal sonra ilin sonuna qədər donduracaq. Həmin müddət ərzində sanksiyaların tam ləğv edilməsi üçün qalan məsələlər razılaşdırılacaq.

Vyanadakı yüksək rütbəli qərb diplomatı İranla nüvə razılaşmasının nazirlərin az sonra başlayacaq toplantısında elan ediləcəyini təsdiqləyib. Diplomat bildirib ki, razılaşma Vaşinqtonla Tehran arasında BMT müfəttişlərinin İranın həbi təyinatlı nüvə obyektlərində monitorinq aparmasına icazə verən kompromisi də nəzərdə tutur. Bundan əvvəl İran televiziyası belə kompromisin olduğunu təkzib etmişdi.

* * * 11:22

İranla “altılar” qrupu (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü+Almaniya) tarixi nüvə razılaşması əldə ediblər.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə bir neçə dəqiqə əvvəl “Routers” agentliyi İran nümayəndə heyətindəki mənbəyə istinadən təcili xəbər yayıb. Sövdələşmə İranın nüvə proqramlarının məhdudlaşdırılmasının əvəzində bu ölkəyə qarşı sanksiyaların ləğvini nəzərdə tutur.

“İşin bütün ağır tərəfi görüldü və biz sazişin yekun variantını çapa verdik. Allah xalqımızı qorusun”- deyə İran diplomatı Vyanada həftələrdir sürən çətin danışıqların nəticələrinə dair bildirib.

İran nümayəndə heyətindəki digər mənbə də razılaşmanın əldə olunduğunu təsdiq edib. Təfərrüatlar haqda daha sonra məlumat veriləcək.

Xəbər yenilənir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *