İranla ABŞ anlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İranla ABŞ anlaşır

İranla ABŞ anlaşır


Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqlar bugün səhər saatlarında da davam etdirilib.

ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə keçridiyi son görüşün müsbət nəticələndiyini bildirib:

"Fikrimcə, əsl qərarlar verməyə yaxınlaşırıq. Bəzi mürəkkəb məsələlər var və mən ümidli qalmağa davam edirəm".

Bundan sonra ABŞ dövlət katibi son iki həftə danışıqların aparıldığı palas Koburq (Palais Coburg) otelinlə qayıdıb. P5+1 qrupuna daxil olan ölkələr Tehranın nüvə proqramını məhdudlaşdırılması müqabilində İrana qarşı sanksiyaların yüngülləşdirilməsini nəzrədə tutan kompromis üzərində işləyir.

Fransanın Xarici İşlər naziri Loren Fabius bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin başısı ilə danışıqlara qatılıb. "Mən üdmi edirəm ki, biz danışıqlar marafonunun son mərhələsinə daxil oluruq"-deyə o bildirib.

Tərəflər danışıqlar üçün iyulun 13-ə qədər son möhlət qoyub.

Danışıqlarda iştirak edən Avropa İttifaqının xarici siyasət şöbəsinin başçısı Federika Mogerini bazar günü səhər bildirib ki, müzakirəçilər həlledici mərhələyə daxil olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *