İran Qərbə şərt qoydu » AzNews.info -Xəbər portalı

İran Qərbə şərt qoydu

İran Qərbə şərt qoydu


Vyanada Qərblə Tehranın nüvə proqramına dair danışıqları bərpa olunub.

ANS PRESS-in məlumatına görə, danışıqların başlanğıcında İran xarici işlər nazirinin müavini Abbas Araqçi ölkəsinin qəti mövqeyini çatdıraraq deyib ki, Tehran üzərindəki sanksiyalar yekun sazişinin imzalandığı gündən ləğv olunmalıdır.

ABŞ Konqresinin İranla danışıqlara mane ola biləcəyi barədə ehtimaldan danışan İran rəsmisi deyib ki, Barak Obamanın administrasiyası danışıqlarda, ələxüsus da sanksiyalara dair götürdüyü öhdəliklərə əməl etməlidir. Abbas Araqçi deyib ki, Tehran iyun ayının sonunadək, bəlkə ondan da bir qədər də tez yekun sazişinin imzalana biləcəyinə inanır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfham ölkə televiziyası ilə çıxışında deyib ki, ABŞ dövlət katibi Con Kerri və onun iranlı həmkarı Muhamməd Cavad Zarif nüvə danışıqalrı barədə geniş telefon söhbəti ediblər. Zarif gələn bazar ertəsi Nyu Yorkda keçirilən nüvə silahlarının yayılmamasına dair müqavilənin müzakirəsi əsnasında dövlət katibi Con Kerri ilə görüşəcəyini bildirib.

Qeyd edək ki, Araqçi və Avropa İttifaqının siyasi direktoru Helga Sşimidin iştirakilə İran-Qərb danışıqları cümə axşamı günü də davam etdiriləcək.

Bu arada Birləşmiş Ştatla sanksiyaların mərhələli şəkildə ləğvinin tərəfdarıdır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *