ABŞ İrandan əl çəkmir
İran və ABŞ nümayəndələri Tehranın nüvə proqramına dair İsveçrədə "dəyirmi masa" formatında danışıqlara başlayır.
ANS PRESS-in məlumatına görə, ABŞ nüvə danışıqlarına dair bəzi detalları İranın nüvə proqramının sadiq tənqidçisi olan İsraildən gizlədib. Ağ ev sözçüsü Con Ernest bildirib ki, İsrail keçmişdə ABŞ-ın danışıqlardakı mövqeyini düzgün dəyərləndirməyib.
İsrailin bəzi məlumatlardan sui-istifadə etməsi ABŞ ilə İsrail arasında münasibətlərin gərginləşməsinə dalələt edə bilər. Lakin ABŞ İsrailin təhlükəsizliyini müdafiə öhdəliklərinə sadiqdir.
Xatırladaq ki, fevralın əvvəlində Münhendə ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Cavad Zəriflə təhlükəsizlik konfransı çərçivəsindəki görüş zamanı həmkarına martın 24-dək razılıq əldə edilməsini istədiyini söyləyib.
Mənbə:> ANSPRESS