THY İrana uçuşlarının sayını artırır » AzNews.info -Xəbər portalı

THY İrana uçuşlarının sayını artırır

THY İrana uçuşlarının sayını artırır


İrana səfərlərimizin sayını artırmaq üçün tələbimizi şifahi şəkildə bu ölkənin İran Mülki Aviasiya Təşkilatına çatdırdıq.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri şirkətin 300-cü təyyarəsinin alınması mərasimində jurnalistlərin suallarını cavablandıran “Türk Hava Yolları”nın (THY) baş direktoru Temel Kotil bildirib.

T.Kotil əlavə edib ki, məsələ ilə bağlı şirkət İran hökumətinin cavabını gözləyir.

“Hazırda İranın paytaxtı Tehrana gündə 6 səfər edirik. Biz 3 səfər daha artığını istədik. Bundan başqa, İranın 6 fərqli şəhərinə də gündə 1, ya da 2 dəfə səfər edirik. Bu istiqamətdə ucuşların sayını da artırmağı istədik”, - deyə şirkətin baş direktoru jurnalistlərə bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *