Rusiya İrana S-300 sistemlərinin tədarükünə başladı
Rusiya Tehrana S-300 zenit-raket sistemlərinin tədarükünə başlayıb, Reuters İranın Rusiyadakı səfiri Mehdi Sənainin sözlərinə istinadən məlumat yayıb.
“İrana S-300-ün tədarükü prosesi realizə mərhələsindədir”, - o qeyd edib.
Oxu.Az xəbər verir ki, daha öncə noyabr ayında İranın müdafiə naziri Hüseyn Dehqan bəyan etmişdi ki, İran Rusiyanın zenit-raket sistemlərini İran təqviminə görə 2016-cı ilin mart ayının 20-də başa çatan ilin sonuna qədər alacaq.
O əlavə etmişdi ki, partiyanın böyük hissəsi Tehrana iki aydan da az vaxta çatdırılacaq. Bundan başqa, hal-hazırda İran hərbçilərinin Rusiyada zenit-raket sistemlərinin istismarı üzrə təlim keçdiklərini bildirmişdi.
Noyabrın 9-da “Rostex”in rəhbəri Sergey Çemezov S-300 sistemlərinin İrana tədarükünün müqaviləsinin qüvvəyə mindiyini bildirmişdi. Dubai Airshow 2015 salonunda məlum olduğu kimi İran S-300PMU-2 variantında zenit-raket sistemləri əldə edəcək.
2015-ci ilin aprel ayında prezident Vladimir Putin İrana S-300 raketlərinin tədarükünə qoyulan embarqonu ləğv edib. Öz qərarını dövlət başçısı İran nüvəsi ilə əlaqədar danışıqlarda irəliləyişlə əsaslandırıb.
Mənbə:> Oxu.Az