Ruhani: Tehrana qarşı sanksiyalar 2015-ci ilin sonuna qədər ləğv ediləcək » AzNews.info -Xəbər portalı

Ruhani: Tehrana qarşı sanksiyalar 2015-ci ilin sonuna qədər ləğv ediləcək

Ruhani: Tehrana qarşı sanksiyalar 2015-ci ilin sonuna qədər ləğv ediləcək


İran prezidenti Həsən Ruhani bəyan edib ki, Tehrana qarşı nüvə proqramı ilə əlaqədar tətbiq edilən sanksiyalar 2015-ci ilin sonuna qədər ləğv ediləcək, İRNA agentliyi məlumat yayıb.

Oxu.Az bu barədə ria.ru-ya istinadən xəbər verir.

“Bizim planlarımıza müvafiq olaraq, İran İslam Respublikasına qarşı tətbiq edilən sanksiyaların əksəriyyəti 2015-ci ilin sonuna qədər ləğv ediləcək”, - Ruhani bəyan edib.

İran və “altılıq” ölkələri iyul ayının 14-nə keçən gecə İran nüvəsinin çoxillik probleminin tənzimlənməsi barədə tarixi razılıq əldə edib. Uzun sürən danışıqlar müştərək, hər şeyi əhatə edən fəaliyyət planının qəbul edilməsi ilə nəticələndi.

Bu planın yerinə yetirilməsi İranın nüvə proqramının dinc xarakterli verifikasiyası qarşılığında İrana qarşı daha öncə BMT TŞ, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilmiş iqtisadi və maliyyə sanksiyalarını tamamilə ləğv edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *