Aİ İrana qarşı sanksiyaları donduracaq
Aİ İrana qarşı sanksiyaların tamamən ləğv edilməsini razılaşdırana qədər mövcud sanksiyaları ilin axırına qədər donduracaq.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Avropadakı mənbə bildirib.
“Razılaşma qəbul edildikdən sonra məhdudiyyət tədbirləri ilin sonuna qədər dondurulacaq, bu dövr ərzində isə onların tam ləğv edilməsi məsələsi razılaşdırılacaq”, - diplomat bildirib.
Onun sözlərinə görə, bu qərar artıq çərşənbə axşamı qəbul ediləcək. Belə ki, Aİ-nin İrana qarşı sanksiyaları iyulun 13-nə qədər davam edib. Bu sanksiyalar üç dəfə Vyanada İranın “altılıq” ilə danışıqlarının son raundunda üç günlük müddətinə uzadılıb.
Mənbə:> Oxu.Az