Rusiya İranın vasitəçiliyinə ümid bəsləyir
"İranla neft əvəzinə mal mübadiləsinin nə vaxt başlanacağını söyləmək hələ tezdir. Rusiya neft satışı ilə bağlı İranın vasitəçiliyinə ümid bəsləyir".
ANS PRESS-in məlumatına görə, bunu Rusiya rəsmiləri bildiriblər.
Onların fikrincə, bu, Ukrayna böhranına görə Qərbin sanksiyaları ilə üzləşən Moskvanın İranda dayağını gücləndirməsinə kömək edər. Ancaq hələlik İrana sanksiyaların yumşaldılması üçün razılıq yoxdur. Əvvəlcə İranla dünya birliyi nüvə proqramının məhdudlaşdırılmasınə nəzərdə tutan yekun razılaşma əldə etməlidir.
Rusiya mətbuatı ötən gün xəbər yayıb ki, rəsmi Moskva İrana buğda satışına başlayıb. Ancaq sonradan bu məlumat təkzib olunub. İranın Fars xəbər agentliyi də üç gün əvvəl ölkənin neft nazirinə istinadla yazıb ki, Rusiya bu həftə Tehrandan neft idxalına başlayacaq.
Rusiyanın Energetika Nazirliyi isə bu işə başlamağın çox erkən olduğunu açıqlayıb.
Mənbə:> ANSPRESS