Avropa İrana qucaq açır
Fransa XİN rəhbəri Loran Fabius bu gün Tehrana yola düşür.
ANS PRESS-in məlumatına görə, Fabiusun burada İran prezidenti Həsən Ruhani, İran XİN rəhbəri Muhəmməd Cavad Zəriflə görüşü keçiriləcək.
Fransa XİN-in rəsmi nümayəndəsi Romen Nadalın sözlərinə görə söhbət Fransa diplomatiya rəhbərliyinin 12 il ərzində İrana ilk səfərindən gedir. “Səfər Fransa ilə İran arasında siyasi dialoqun ən yüksək səviyyədə bərqərar olmasına kömək edəcək. Səfər zamanı Fransa-İran əlaqələrinin əsas məqamları, regional məsələlər, eləcə də Parisdə keçirilən iqlim konfransı müzakirə olunacaq”.
İran-Fransa diplomatik əlaqələri qədimə dayanır. Şəkildə 1807-ci ilin aprel ayının 27-də fars sözcüsünün I Napaleonla görüşü təsvir olunub
Qeyd edək ki, İran 6-lıqla razılığa gəldikdən sonra Qərb ölkələri ilə İran arasında münasibətlərin istiləşməsi yaşanır. Sanksiyaların ləğvi zamanı İran iqtisadiyyatının yüksəlişi gözlənilir.
Mənbə:> ANSPRESS