Ruhani Ermənistan ilə əlaqələri genişləndirmək üçün maneə görmür » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ruhani Ermənistan ilə əlaqələri genişləndirmək üçün maneə görmür

Ruhani Ermənistan ilə əlaqələri genişləndirmək üçün maneə görmür


İran prezidenti Həsən Ruhani Ermənistanın yeni təyin olunmuş səfiri Artaşes Tumanyan ilə Tehranda görüş zamanı Ermənistan ilə ikitərəfli münasibətləri genişləndirməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

“Tehran və İrəvan arasında münasibətlərin genişləndirilməsi üçün maneə yoxdur”, - Ruhani may ayının 12-də görüş zamanı bəyan edib.

İİR prezidenti bəyan edib ki, İran və Ermənistan beynəlxalq təşkilatlarda münasib əməkdaşlıq səviyyəsinə malikdirlər, bu isə onların qarşılıqlı əməkdaşlığına əlavədir.

Həsən Ruhani İran və Ermənistan arasında münasibətlərinin Ermənistanın Tehrandakı yeni səfirinin missiyası zamanı daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

Tumanyan öz növbəsində qeyd edib ki, Tehranda öz diplomatik missiyası çərçivəsində Ermənistan-İran münasibətlərinin möhkəmləndirilməsi üçün hər şey edəcək.

O bəyan edib ki, İran və Ermənistan əməkdaşlığı genişləndirməyə hazırdırlar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *