Fransa XİN rəhbəri son 12 ildə ilk dəfə İrana səfər edəcək
Fransanın XİN rəhbəri Loran Fabius çərşənbə günü Tehrana yola düşəcək. Burada o, İran prezidenti Həsən Ruhani, İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif və digər nazirlərlə görüş keçirəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Fransa XİN-in rəsmi nümayəndəsi Romen Nadalın sözlərinə görə, söhbət fransız diplomatiyasının İrana son 12 il ərzində ilk səfərindən gedir.
“Səfər Fransa və İran arasında ən yüksək səviyyəli siyasi dialoqun bərpa edilməsinə imkan yaradacaq. Bu görüş, Fransa-İran münasibətlərinin regional məsələlərini, eləcə də Parisdə BMT-nin konfransının məqsədlərini müzakirə etmək üçün səbəb olacaq”, - Nadal bu barədə səfər ərəfəsində bildirib.
Mənbə:> Oxu.Az