Türklər İrana investisiya etməkdə tələsməlidirlər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Türklər İrana investisiya etməkdə tələsməlidirlər

Türklər İrana investisiya etməkdə tələsməlidirlər


Türk sərmayədarlar İrana investisiya yatırmaqda maraqlı olmalı və buna tələsməlidirlər.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Boğaziçi Enerji Klubu İcra Heyəti başçısı Mehmet Öğütçü bildirib.

“Türk firmaları gələcək 6 ay içərisində İrana investisiya etməlidirlər. Bu, kritik dərəcədə əhəmiyyətlidir” - deyə, Öğütçü bildirib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında əldə edilən razılaşma enerji bazarları baxımından yeni bir dövr başladıb.

İranın dünyada təbii qaz ehtiyatları baxımından ikinci, neft ehtiyatları baxımından isə dördüncü sırada qərarlaşdığını xatırladan icra heyəti başçısı bu sanksiyaların ləğvindən sonra İranın neft istehsalını və ixracatını artıracağını bildirib.

“İran bir neçə ayda 300 min barel nefti dünya bazarlarına çıxara bilər. Bu ölkə çox vaxt sərf etmədən belə gündəlik 1 milyon barel nefti bazara çıxarmaq gücündədir” - deyə, o bildirib.

M.Öğütçü sərmayədarlara bu tövsiyəsinin mahiyyətini bu cür izah edib:

“Növbəti 2-3 ildən sonra İran bazarına girmək üçün rəqabət qızışa bilər. Eyni zamanda, qiymətlərin bahalaşacağı da istisna deyil”.

Onun sözlərinə görə, bu ölkənin niyyəti yaxın 2-3 il ərzində müstəqil bir şəkildə bazarda güclənməkdir.

İranın Avropanın enerji təhlükəsizliyində rolu Rusiyanı qabaqlaya bilərmi? - sualına isə o, bu fikirlərin düzgün olmadığını bildirib:

“Məncə bu, mümkün deyil. Türkiyəyə satdığı qazın qiymətini aşağı saldığı təqdirdə, İranın Avropanın enerji təhlükəsizliyində rolu arta bilər. Geosiyası mülahizələrə əsasən demək olar ki, İran TANAP vasitəsilə az miqdarda da olsa qaz nəqlini həyata keçirə bilər” - deyə, Londonda yaşayan Boğaziçi Enerji Klubu İcra Heyəti başçısı Mehmet Öğütçü əlavə edib.

Onu da əlavə edək ki, sanksiyaların ləğvindən sonra, İrana səfər edən ilk ölkə Almaniya olub. İkinci nümayəndə heyəti isə Azərbaycan olacaq.

Belə ki, avqustun 3-4-də iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olacaq.

Ekspertlər isə bildirib ki, bu səfər nəticəsində iki ölkə arasında bank, enerji, informasiya və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı razılaşmalar əldə oluna bilər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 avqust 2015 19:59
  • Yazan: Nurudeen
Elvira, sezde şaltıratular yazdırılıp barılmıymı? Eger yazması bulsa, dinyia nezerete belen soyleşkenne saytka kuyıgız awdioyazma itep, tınlap karıyk eleVA:F [1.9.20_1166]Be4ya: 0 (0 tavıştan)

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *