Paşinyanın son ümidi də puç olur: Tramp... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Paşinyanın son ümidi də puç olur: Tramp...

Paşinyanın son ümidi də puç olur: Tramp...


Paşinyan öz hakimiyyətini və Ermənistanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır.

AzNews.info bildirir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, Paşinyanın qeyri-müəyyən siyasəti Ermənistandakı mövcud böhranı daha da dərinləşdirir.

"Paşinyanın siyasətinin konturları hələ də naməlum olaraq qalır. O, Rusiya prezidenti ilə üç dəfə telefon danışığı aparması və görüşləri ilə fəxr edir. Eyni zamanda, Brüsseldə olarkən ölkəsinin Avropa istiqamətinə inteqrasiyasından danışdı. Ermənistan rəhbərliyi bu qeyri-müəyyən xəttini indi də ABŞ və İranla davam etdirir. Bildiyiniz kimi, Paşinyanın ABŞ-a səfəri gözlənilir. Erməni diasporası isə hazırda bu istiqamətdə çox böyük səylər göstərir. Düzdür, bu səfər baş tuta bilər, ancaq ABŞ siyasətçilərindən fərqli olaraq Trampın erməni diasporasının qarşısında hansısa məsuliyyəti yoxdur. Ona görə də Paşinyanın bu görüşə olan ümidləri boşa çıxacaq. Ermənistanda hazırda gərginlik, qarşıdurma meyilləri artmaqdadır. Hakimiyyətini və Ermənistanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalan Paşinyanın qeyri-müəyyən siyasəti İrəvanı uçuruma aparır. Ermənistanın yeganə xilas yolu sülh, yəni Azərbaycanın ərazilərinin azad edilməsi istiqamətində addımların atılmasından ibarətdir. Əks halda, Paşinyan nə öz hakimiyyətini, nə də Ermənistanın müstəqilliyini qoruya biləcək".

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *