Rəsmi Bakı Paşinyanın Qarabağa səfəri haqda » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Rəsmi Bakı Paşinyanın Qarabağa səfəri haqda – BU MÜHARİBƏYƏ ÇAĞIRIŞDIR

Rəsmi Bakı Paşinyanın Qarabağa səfəri haqda

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirib.

Virtualaz.org-un məlumatına görə, H.Hacıyev deyib: “Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən qoşunların təmas xəttinə səfərini müharibəyə çağırış kimi qiymətləndiririk. Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır. Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə, Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq və işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqda maraqlı deyildir. Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etmək, təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək, Azərbaycan ərazilərinin işğalını davam etdirmək və işğala əsaslanan status-kovunu saxlamaqdır.

Danışıqların alternativinin nə olduğunu hamı çox yaxşı bilir və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

XİN rəsmisi onu da bildirib ki, Ermənistanın qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək və müharibəyə çağırış cəhdləri həm də daxili siyasi vəziyyətlə bağlıdır: “Populist və ultra-şovinist millətçi təfəkkürünə malik olan yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək müharibə və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır. Yeni Ermənistan hökumətinin təqdim etdiyi utopik və icrası qeyri-mümkün olan proqram bu ölkədə vəziyyətin nə yerdə olduğunu açıq şəkildə göstərir. Amma Ermənistanın yeni rəhbərliyinin yürütdüyü hərbi avantüra siyasəti regionu yeni təhlükələrlə üz-üzə qoyur”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Great article! It will get a natural delight to browse it. Congratulation! Well-done! I'm looking for much more texts. <a href="https://web-cart.com/shopping-cart-solution/">online shopping software</a>

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *