XİN: Ermənistanın şərt qoyması şantajdır » AzNews.info -Xəbər portalı

XİN: Ermənistanın şərt qoyması şantajdır

XİN: Ermənistanın şərt qoyması şantajdır

AzNews.info Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya müsahibəsini təqdim edir:

- Ermənistan prezidenti Serj Sarkisyan İspaniyanın EFE agentliyinə müsahibəsində substantiv danışıqlara başlamaq üçün şərt qoyur və bunun üçün insidentlərin araşdırılması mexanizminin yaradılmalı olduğunu deyir. Bu, Ermənistan tərəfindən danışıqların boykot edilməsi deyilmi?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara başlamağa Ermənistan tərəfindən dövlət başçısı səviyyəsində qeyd-şərtin qoyulması qəsdən danışıqların pozulması, boykot və şantaj deməkdir. Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir və ümumiyyətlə, münaqişənin həlli üzrə bütün baza sənədlərinin mahiyyətinə və ruhuna ziddir. Artıq 2016-cı ilin iyun ayından Ermənistan bütün görüşlərdən qaçır. Ermənistan xarici işlər naziri açıq şəkildə Hamburq və Münxendə öz iştirakını yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərinn iki ölkənin xarici işlər naziri üçün təşkil etdiyi şam yeməyi ilə məhdudlaşdırdı.

Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində müzakirə olunan məsələlərin mahiyyəti ondan ibarətdir ki, insidentlərin araşdırılması mexanizmi, humanitar məsələlər və münaqişəsinin həlli üzrə substantiv danışıqlar paralel və sinxron şəkildə aparılmalıdır. Substantiv danışıqların əsas elementi olaraq mövcud status kvo dəyişdirilməli və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə çıxarılması təmin edilməlidir. Bu proses çərçivəsində insidentlərin araşdırılması mexanizmi kimi texniki-köməkçi məsələ də nəzərdən keçirilə bilər.

ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən verilən son açıqlamalarda, həmçinin BMT baş katibinin 27 fevral 2017-ci il tarixili bəyanatında münaqişənin sülh yolu ilə həlli üçün təxirəsalınmadan substantiv danışıqlara başlamağa çağırış edilsə də, Ermənistan bundan imtina edir. Hətta nəinki imtina edir, dövlət başçısı səviyyəsində şərt qoyaraq, bütün sülh prosesini təhdid və şantaj etməklə məşğuldur.

- Ermənistan substantiv danışıqlardan imtina etməklə nə kimi məqsəd güdür?

- Ermənistanın substantiv danışıqlara getməkdən imtina etməsi davamlı şəkildə siyasi-hərbi təxribatlar və hərbi avantüra, Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə çağırışlı ictimai açıqlamaları, seçkiqabağı daxili siyasi mühitin manipulyasiya edilməsi, işğal olunmuş ərazilərdə öz hərbi imkanlarının artırılması, hərbi təlimlərin keçirilməsi və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi ilə müşayiət olunur. Bütün bunlar açıq şəkildə onu göstərir ki, Ermənistan Azərbaycan ərazilərinin ilhaqı siyasəti yürüdür və hər bir vəchlə işğalı saxlamağa və möhkəmləndirməyə çalışır.

Bunun müqabilində insidentlərin araşdırılması kimi texniki məsələni gündəmə gətirmək və substantiv danışıqları texniki məsələnin girovuna çevirməklə, Ermənistanın güddüyü təhlükəli məqsəd işğala əsaslanan mövcud status-kvonu saxlamaqdır. Həmsədr dövlətlər və beynəlxalq ictimaiyyət münaqişənin həlli üzrə danışıqlar masasında olan təkliflərin və bütövlükdə sülh prosesinin uğursuzluqla nəticələnməsinin qarşısının alınması üçün Ermənistana münasibətdə təsirli və ciddi addımlar atmalıdır.

Ermənistanın regionu yenidən müharibə və hərbi avantüraya sürükləməsinin qarşısını almaq üçün münaqişənin köklü həllini nəzərdə tutan substantiv danışıqlar dərhəl başlamalıdır. Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqlara hazırlığını dəfələrlə bəyan edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *