Rəsmi Bakı Ermənistanın növbəti təxribatı haqda » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rəsmi Bakı Ermənistanın növbəti təxribatı haqda

Rəsmi Bakı Ermənistanın növbəti təxribatı haqda

Mayın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı və onun sürücüsünü atıcı silahlardan atəşə tutmasını kəskin şəkildə pisləyir və Ermənistanın növbəti təxribatı kimi qiymətləndiririk.

Bunu virtualaz.org-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib: "Təyinatına, ölçülərinə və xarici görünüşünə görə əkin sahəsində fəaliyyət göstərən kombaynı ayırd etmək çox asandır. Lakin aydın şəkildə görünür ki, Ermənistan silahlı qüvvələrinin məqsədi sözügüdən mülki obyektə qarşı hədəflənmiş hücum aktı olmuşdur.

Ermənistan tərəfindən qoşunların təmas xəttində təxribatlar törətmək məqsədilə qəsdən mülki insanların, o cümlədən azyaşlı uşaqların və mülki obyektlərin hədəfə alınması sistematik xarakter daşıyır.

Bu son hadisə də bir daha göstərir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunu davam etdirməsinə və Azərbaycanın ərazilərinin işğal altında saxlanmasına əsaslanan status-kvo qəbuledilməzdir və regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *