"Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanda vəziyyət daha da pisləşəcək". » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

"Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanda vəziyyət daha da pisləşəcək". RUSİYALI POLİTOLOQ

"Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanda vəziyyət daha da pisləşəcək".

Bunu "Report"a rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, N.Paşinyanın rəhbərliyi altında Rusiya ilə əlaqələr də pisləşəcək: "O, açıq-aydın Qərb lobbisinin havadarıdır. Tezliklə Gümrüdəki Rusiya bazasının ölkədən çıxarılması tələblərini eşidəcəyik. Onun xarici siyasətdə balans haqqında söylədikləri, sadəcə, populizmdir. Ermənistan Rusiya üçün düşmən dairələrlə yaxınlaşmaqla uçuruma gedir".

Ermənistanın yeni seçilmiş baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyindən danışan Y.Mixaylov N.Paşinyanın anlaşılmaz məqsədlər güdəcəyini əlavə edib: "Ermənistan Paşinyanın rəhbərliyi ilə Qarabağdakı vəziyyəti gərginləşdirərsə, bu, Azərbaycanın xeyrinə olacaq. Çünki Rusiya artıq Ermənistanı fəal müdafiə etməyəcək və Azərbaycan da torpaqlarını geri qaytara biləcək".

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *