Bayram Səfərov: “Paşinyanın Şuşada işğal gününü qeyd etməsi məni incidir” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Bayram Səfərov: “Paşinyanın Şuşada işğal gününü qeyd etməsi məni incidir”

Bayram Səfərov: “Paşinyanın Şuşada işğal gününü qeyd etməsi məni incidir”


Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın seçiləndən bir gün sonra- mayın 9-da Azərbaycanın işğal altındakı ərazlərinə səfər etməsinə münasibət bildirib.
B.Səfərov “Ölkə.Az”a açıqlamasında deyib ki, Nikol Paşinyan yeni baş nazir seçildiyi üçün Şuşaya səfər edərək, erməni əhalisinə jestlər edir:

“Onun bu cür jestləri müvəqqəti xarakter daşıyır. Ancaq Paşinyanın mənim torpağıma gedərək, Şuşanın işğalını qeyd etməsi hər bir qarabağlı kimi, məni də incidir. Allahın köməyi ilə yaxın gələcəkdə biz də Şuşada qələbəmizi əbədi olaraq qeyd edəcəyik. Əmin olun ki, ermənilərin işğalının bitməsinə çox az qalıb. Onların işğalının ömrü çox qısa olacaq”.
Nikol Paşinyanın Xankəndində xarici jurnalistlərlə görüşmək istəyinə də toxunan B.Səfərov bu cür hərəkətləri “şou” adlandırıb:

“Paşinyanın mətbuat konfransına normal xarici jurnalist getməyəcək. Ora, adları heç yerdə tanınmayan jurnalistlər gedəcək. İndi onlara nə qədər pul-para verirlər, bunu özləri bilərlər. Dünyada ikili standartlar mövcuddur. Təbii ki, xristian təəssübkeşliyi bu məsələdə də özünü göstərir. Ancaq bu cür hallara son qoyulacağı gün çox uzaqda deyil. Biz Ali Baş Komandanın əmrilə Azərbaycanın qələbə qazanacağına əminik”.

Mənbə: Ölkə.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *