Paşinyan baş nazir postuna rəsmən namizəd oldu
Ermənistan parlamentində təmsil olunan “Çıxış” fraksiyası baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə deputat Edmon Marukyan Facebook səhifəsində yazıb.
Qeyd edək ki, baş nazirin seçilməsi məsələsi mayın 1-də Ermənistan parlamentinin xüsusi iclasında müzakirə olunacaq. Hakim Respublika Partiyasının parlament fraksiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. Fraksiyanın rəhbəri Baqram Baqdasaryan vurğulayıb ki, parlamentdə təmsil olunan digər üç siyası güc bir namizəd irəli sürəcək. Partiya mayın 1-də baş nazir seçilməsinə mane olmayacaq.
“Çıxış” partiyası Nikol Paşinyanın namizədliyini irəli sürüb. Ermənistan İnqilab Federasiyası, Daşnaksutyun (EİFD) Nikol Paşinyanın namzidəliyini təklif edib. “Çarukyan” fraksiyası isə “xalqın namizədi”ni dəstəkləməyə qərar verib.
Mənbə:> Virtualaz.org