Aqil Acalov : Azərbaycan ordusu öz tarixi torpaqlarına qovuşacaq.
AzNews.info xəbər verir ki, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edilməsi haqqında açıqlama verib. Acalov bildirib ki, son zamanlar ordumuzun artan fəallığı bizlərə böyük qürur yaşadır.Elə ordumuz çox yaxın tarixdə 2016-ci il aprelin 7-də Cəbrayılın Cocuq Mərcanlı kəndini və lələtəpə yüksəkliyini düşməndən azad edərək yenidən Azərbaycana qovuşdurdu. Silahlı qüvvələrin ali baş komandanı cənab prezident İlham Əliyevin ən qabaqcıl siyasətlərindən birinə çevrilən ordu quruculuğu bu gün öz gücünü bir daha düşmənə nümayiş etdirir.Son illərə nəzər salsaq görərik ki,ordumuzun hərbi bazası qatba-qat artmaqdadır,yeni texnikaların alınması,hərbi sahədə edilən uğurlar bu gün həm avropanın ən qabaqcıl hərbi bazalarından birinə çevirilib. Ölkə rəhbərinin ordumuza diqqəti bu gün onlarda böyük ruh yüksəkliyi yaradıb elə buna bir neçə gün öncəni misal çəkmək olar. Mayın 20-27-nə dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında hərbi münaqişə baş vermiş və Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası Şərur rayonunun 11,000 hektarlıq ərazisi işğaldan tam azad olunub. May ayının sonlarında "Günnüt əməliyyatı" çərçivəsində Şərur rayonunun Günnüt kəndi, ətafındakı yüksəkliklər, ardınca da Xunut dağı və Ağbulaq yüksəkliyi azad edilib. Daha sonra isə bizim əbədi və əzəli torpaqlarımız olan İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verən Qızılqaya dağı və Mehridağı Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri irəli çəkilib və Dərələyəz mahalının Arpa kəndi nəzarət altına keçib. Təəssüf ki,heç bir döyüş itgisiz keçmir və elə bu əməliyyat zamanıda ordumuzun bir əsgəri Tatarov Adil Əli oğlu şəhid olub düşmən tərəfindən isə üç nəfər həlak olub.Hazırda 26 ildən sonra “Günnütlülər” öz el-obalarına qovuşublar bu çox sevindirici haldır ki,bu gün artıq “Günnütlülər” öz yurdlarına tam azad şəkildə gedəcəklər. Azərbaycan ordusu Günnüt üzərindən düşmənə sarsıdıcı zərbə vuraraq digər dövlətlərə göstərdi ki, Azərbaycan tez və ya gec öz tarixi torpaqlarına qovuşacaq.
Mənbə:> AzNews.info