Arkadi Qriqoryan: “Azərbaycan ordusu həqiqətən 1-2 yüksəkliyi götürüb” » AzNews.info -Xəbər portalı

Arkadi Qriqoryan: “Azərbaycan ordusu həqiqətən 1-2 yüksəkliyi götürüb”

Arkadi Qriqoryan: “Azərbaycan ordusu həqiqətən 1-2 yüksəkliyi götürüb”

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin Naxçıvan istiqamətindən keçən hissəsində ordumuzun mövqelərini irəli çəkərək bəzi strateji yüksəklikləri tutması düşmən ölkədə ciddi təlaş yaradıb. Belə ki, ordumuzun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsi Şərur rayonundakı Qızılqaya yüksəkliyini tutmaqla Yerevan-Gorus-Laçın avtomobil yoluna nəzarəti təmin edib. Habelə bəzi digər yüksəkliklər tutulub.

Ermənistan Müdafiə Nazirliyi əhalini Naxçıvan istiqamətində “ciddi bir şey baş vermədiyinə” inandırmağa çalışsa da sosial şəbəkələrdə müzakirələr səngimir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə Azərbaycan ordusu Ermənistanın Tavuş vilayəti istiqamətində də mövqelərini irəli çəkib.

Virtualaz.org xəbər verir ki, hərbi ekspert Arkadi Qriqoryan sosial şəbəkələrdə və KİV-lərdə yayılan məlumatlarla bağlı Naxçıvan istiqamətindəki hakim yüksəkliklərin çoxunun Ermənistan ordusunun nəzarətində olduğunu deyib.

Lakin onun sözlərinə görə Azərbaycan ordusu doğrudan da “1-2 yüksəkliyi götürüb, ancaq bu qüvvələr bölgüsünə təsir etmir. Qriqoryan Azərbaycan ordusunun həmin mövqeləri götürməsinin “bu günlərdə baş verdiyini” bildirib. “Əsas hakim yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətindədir”-Qriqoryan Müdafiə Nazirliyinin rəsmi mövqeyini müdafiə edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *