Aqil Acalov Kemerovodakı faciə ilə bağlı Rusiya xalqına başsağlığı verib
AzNews.info xəbər verir ki, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti, ictimai fəal, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov Rusiyada baş vermiş faciə ilə bağlı qonşu ölkəyə başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir:
Əziz Rusiya xalqı! Rusiya Federasiyasının Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğın səbəbi ilə Avrasiya Kombat Ciu-Citsu Federasiyasının kollektivi adından və öz adımdan baş vermiş faciə ilə bağlı təəssüf hissi keçirirem və sizə başsağlığımı çatdırıram. Xüsusilə bildirmək istərdim ki, ticarət mərkəzində baş vermiş çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi. Baş vermiş faciə nəticəsində həm federasiya adından, həm də öz adımdan həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm.
Bildirmək istərdim ki, dinindən, irqindən, dilindən, millətindən asılı olmayaraq bu cür faicələrə heç bir xalq, heç bir insan biganə qalmamalıdır. Bu, hamımız üçün böyük ağır faciədir. Allahdan hadisə zamanı dünyasını dəyişənlərin yaxınlarına və bütövlükdə Rusiya xalqına səbr arzulayıram.
Mənbə:> AzNews.info