İlham Əliyev Georgi Marqvelaşviliyə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşviliyə başsağlığı verib.
Başsağlığında deyilir: "Tbilisi şəhərində baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".
Mənbə:> ANSPRESS