İrakli Qaribaşvili İlham Əliyevə başsağlığı verdi
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rəsizadəyə Bakıda yaşayış binasında baş vermiş yanğın faciəsi ilə bağlı başsağlığı verib.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bununla bağlı Gürcüstanın baş naziri Azərbaycan prezidentinə başsağlığı məktubu ünvanlayıb.
“Bakıda baş vermiş faciə barədə böyük ağrı ilə məlumat aldım. Nəticədə bir çox insanlar, həmçinin azyaşlı uşaqlar yanğının qurbanları olub, onlarla insan isə ağır xəsarət alıb. Sizə dərin hüznlə başsağlığı vermək və ölənlərin ailələrinə və yaxınlarına təəssüf hissimi çatdırmaq istəyirəm”, - Azərbaycan prezidentinə olan məktubda deyilir.
İrakli Qaribaşvili Gürcüstan hökuməti adından ölənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.
“Bir çox insanların ölməsi ilə bağlı dərin hüznlə başsağlığı verirəm. İcazə verin, Gürcüstan hökuməti və öz adımdan bu ağır anlarda Azərbaycan xalqı ilə bir olduğumu bildirim”, - məktubda qeyd olunub.
Mənbə:> Oxu.Az