Azərbaycan səfirindən Gürcüstan hökumətinə başsağlığı
Mayın 9-dan 10-na keçən gecə səhərə yaxın Gürcüstanın Kobuleti şəhərindəki “Armazi” otelində yanğın baş verib. Oteldə olan 45 nəfərdən 31-i uşaq olub. Onlardan üçü faciəli şəkildə həlak olub.
ANS PRESS-in məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn faciə ilə əlaqədar bu ölkənin hökumətinə başsağlığı verib.
Səfir Azərbaycanın faciə qurbanlarının ailələrinə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Mənbə:> ANSPRESS