Gürcüstanda hoteldə 3 uşaq diri-diri yandı
Gürcüstanın Kobuleti şəhərində yerləşən “Armazi” otelində baş verən yanğın zamanı 3 uşaq ölüb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, yanğın baş verən hoteldən 45 nəfər, o cümlədən 31 uşaq təxliyə olunub.
Yanğın baş vermə səbəbləri araşdırılır.
İlkin ehtimallara görə, ölən uşaqlar yanğın başlayan otaqda olublar.
Mənbə:> Oxu.Az