Paytaxt sakini yaşadığı mənzildə diri-diri yandı
Bakı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 9-da saat 03 radələrində Nəsimi rayonunda yaşayan Qafar Yusifovun mənzilində yanğın baş verib.
Nəticədə ümumi sahəsi 20 kvm. olan 1 otaqlı evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Yanğın söndürüldükdən sonra Q.Yusifovun meyiti tapılıb. Onun tüstüdən boğulduğu ehtimal olunur.
Mənbə:> Oxu.Az