Binəqədidə mənzildə yanğın: Ev sahibi diri-diri yandı
Bakının Binəqədi rayonunda 1929-cu il təvəllüdlü Yeqorov Aleksandr Konstatinoviçə məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanğın zamanı ev sahibi A.K.Yeqorovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüüb.
Mənbə:> Oxu.Az