İlham Əliyev pakistanlı və əfqanıstanlı həmkarlarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab prezident, ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!”.
Azərbaycan prezidenti həmçinin əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.
“Hörmətli cənab prezident, ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!”, - deyə dövlət başçısının məktubunda deyilir.
Mənbə:> AzərTAc