Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda erməni komandanlığı ilə təmas iddiasını rədd edir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Video

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda erməni komandanlığı ilə təmas iddiasını rədd edir – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda erməni komandanlığı ilə təmas iddiasını rədd edir

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələrinin may ayında mövqelərini irəli çəkərək 11 min hektara yaxın ərazini, o cümlədən Şərur rayonunun 1992-ci ildən düşmən nəzarətində olan Günnüt kəndini nəzarət altına alması barədə dünən yaydığı rəsmi məlumatdan sonra Ermənistan tərəfi yeni iddia ilə çıxış edib. Virtualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan Günnüt kəndinin sakinlərinin 26 il sonra öz kəndlərinə qayıdıb yaxınlarının məzarlarını ziyarət etməsinin “erməni komandanlığının icazəsi ilə baş verdiyini” iddia edib.

Ovanisyan bildirib ki, iyunun 6-da və 7-də Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin komandanlığına müraciət edərək Günnüt kəndinin sakinlərinin yaxınlarının məzarlarını ziyarət etməsinə “mane olmamağı” istəyib. Və guya erməni tərəfi Azərbaycan tərəfdən ilk dəfə belə müraciət edildiyini nəzərə alaraq humanitar normaları əsas tutaraq müraciətə müsbət cavab verib. Ovanisyana görə Azərbaycan tərəfi daha sonra həmin kadrları Naxçıvanda 11 min hektar ərazinin azad edilməsi kimi təbliğat məqsədi ilə istifadə edib.



Bu iddia ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri ilk dəfə deyil bu cür absurd bəyanatlarla çıxış edir. “Onun yaydığı məlumatın heç bir əsası yoxdur, uydurmadır və erməni ictimaiyyətini aldatmağa yönəlib. Biz Azərbaycan ictimaiyyətini düşmənin bu təxribatına əhəmiyyət verməməyə çağırırıq”-Müdafiə Nazirliyindən armiya.az saytına bildirilib.

Xatırladaq ki, ermənilərin özlərinin də etiraf etdiyi kimi Azərbaycan ordusu mövqelərini 4-5 kilometr irəli çəkərək strateji əhəmiyyətli “Qızılqaya” yüksəkliyi də daxil olmaqla 4 yüksəkliyi tutub. Nəticədə Günnüt kəndi atəş altından çıxarılıb. Habelə Ermənistanın Areni kəndi ordumuzun nəzarəti altında qalıb, o cümlədən Yerevan-Gorus-Laçın yoluna nəzarət etmək imkanı yaranıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *