ABŞ Suriyadakı kimyəvi hücumla bağlı sübutlar tapdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

ABŞ Suriyadakı kimyəvi hücumla bağlı sübutlar tapdı

ABŞ Suriyadakı kimyəvi hücumla bağlı sübutlar tapdı

Suriyanın Duma şəhərində kimyəvi hücumun qurbanı olduqları iddia edilən şəxslərdən götürülmüş nümunələrin müayinəsi müsbət nəticə verib.

Virtualaz.org bildirir ki, bu barədə MSNBC NEWS telekanalı ABŞ məmurlarına istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ-da kimyəvi silahın tətbiq olunduğu rayonda yaşayan sakinlərdən götürülmüş qan və sidik müayinələrinin nəticələri var.

Nümunələrdə xlor və sinir-paralitik maddə aşkarlanıb. Bununla belə, müayinə nəticələri kimyəvi hücum zamanı zarin qazından istifadə olunub-olunmadığını göstərmir.

Vaşinqton Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı həyata keçirilmiş kimyəvi hücuma görə Bəşər Əsəd rejimini günahlandırır.

Ancaq kimyəvi silahdan istifadə olunub-olunmadığı ilə bağlı Kimyəvi silahların qadağan edilməsi təşkilatının yekun rəyini gözləyir. Təşkilatın ekspertləri Suriyaya aprelin 14-də gələcəklər.

Xatırladaq ki, daha əvvəl, aprelin 11-də ABŞ prezidenti Donald Tramp Suriyadakı kimyəvi hücumda Moskvanın “əlinin” olduğunu bildirmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *