Rusiya Baş Qərargahı: “ABŞ Suriyaya kimyəvi hücum hazırlayır”
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy deyib ki, Amerika təlimatçıları Suriyanın Əl-Tanfa rayonunda dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməklə təxribat törətmək məqsədi ilə bir neçə yaraqlılar qrupu hazırlayıblar.
Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti yayıb.
Onun sözlərinə görə, bu təxribatlar ABŞ-ın Suriyaya zərbələr endirməsi üçün bəhanə rolunu oynamalıdır.
“Bundan başqa “Cəbhət Nüsrə” terror qruplaşması İdlibdən 25 km aralıda yerləşən Əl Qabit və Kəlb Luza yaşayış məntəqələrində kimyəvi hücumlar həyata keçirməyi planlaşdırır. Bunun üçün həmin ərazilərə xlorla dolu 20 konteyner də gətirilib”, - deyə Rudskoy bildirib.
Mənbə:> Virtualaz.org